Səhiyyə naziri Yevlaxda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən regionlarda vətəndaşların qəbulu davam edir. Bu məqsədlə tərtib olunmuş xüsusi qəbul cədvəlinə uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyev Yevlax Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlarla görüşüb. Nazir Yevlaxla yanaşı, Mingəçevir şəhərinin, habelə Goranboy, Ağdaş, Göyçay, Zərdab və Ucar rayonlarının sakinlərini qəbul edib.
Vətəndaşların müraciətləri əsasən müalicə, işlə təminat, tibb işçilərinin təkmilləşməsi və s. məsələlərlə bağlı olub. Qəbulda vətəndaşların istək və xahişləri diqqətlə dinlənilib, qaldırılan məsələlərə müvafiq qurumların nümayəndələrinin iştirakı ilə baxılıb. Müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Bəzi problemlərin həlli üçün müvafiq tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər təyinatı üzrə aidiyyətli icra orqanlarına göndərilməsi üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.