Sizin Reklam Burada!

Hərbi həkimlər təltif edildilər

Hərbi həkimlər təltif edildilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçisinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçusu və mülki işçisi ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər. Onların arasında hərbi həkim də var. Belə ki, tibb xidməti kapitanı şəhid Ceyhun Xanlar oğlu Əhmədxanov bu ordenə layiq görülüb.
Dövlət başçısı həmçinin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam da verib. Bu sənədə əsasən, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə təltif edilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları arasında da tibb işçiləri var. Belə ki, tibb xidməti polkovniki Şükür Məhəmməd oğlu Eyvazov, tibb xidməti polkovniki İsmayıl Qəhrəman oğlu Heydərov, tibb xidməti polkovnik-leytenantı İlqar Eldar oğlu Əmrahov və tibb xidməti mayoru Sima Rahil qızı Misgərli “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.


Xəbəri paylaş


Avqust 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova