Sizin Reklam Burada!

Azərbaycan və Rusiya səhiyyə nazirləri əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Rusiya səhiyyə nazirləri əməkdaşlığın inkişafını müzakirə ediblər

Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində qonaq Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb.
Səfər çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüşdə Azərbaycan və Rusiya arasında səhiyyə sahəsində mövcud əməkdaşlıq əlaqələri və onların inkişaf perspektivləri müzakirə olunub.
Nazir Teymur Musayev iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, səhiyyə sahəsində də qarşılıqlı əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. O bildirib ki, tibb təhsili, tibbi kadrların hazırlanması, ixtisasartırma proqramları, elmi-tədqiqat fəaliyyəti, rəqəmsal səhiyyə, ictimai səhiyyə və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.
Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ölkələr arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafına böyük önəm verdiklərini bildirib. O qeyd edib ki, təcrübə mübadiləsi, birgə elmi-praktik layihələrin həyata keçirilməsi və mütəxəssislər arasında əməkdaşlıq hər iki ölkənin səhiyyə sisteminin inkişafına mühüm töhfə verəcək.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Sonda nazirlər səhiyyə sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.


Xəbəri paylaş


Iyul 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova