Sizin Reklam Burada!

Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib

Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib

Səhiyyə naziri Teymur Musayevin QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Baş fond portfolio meneceri Valeriya Qrişeçkinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, görüşdə Azərbaycan ilə Qlobal Fond arasında səhiyyə sahəsində həyata keçirilən əməkdaşlıq layihələri, əldə olunan nəticələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Teymur Musayev Qlobal Fondun ölkəmizdə həyata keçirdiyi layihələrin ictimai səhiyyənin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. O, xüsusilə yoluxucu xəstəliklərlə mübarizə, profilaktik tədbirlərin gücləndirilməsi və səhiyyə sisteminin dayanıqlığının artırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Valeriya Qrişeçkina Azərbaycanda səhiyyə sahəsində aparılan islahatları və Qlobal Fondun dəstəyi ilə icra olunan proqramların nəticələrini müsbət qiymətləndirib. O, gələcəkdə də qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.
Görüş zamanı Qlobal Fondun dəstəyi ilə həyata keçirilən proqramların icra vəziyyəti, prioritet istiqamətlər, həmçinin gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə edərək əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.


Xəbəri paylaş


Iyul 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova