Yeni növ koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

Azərbaycan Respublikası Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərar qəbul edib.
Sənədə əsasən, həmin qəbildən olan tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müddəti oktyabr ayınadək uzadılıb.
Xəbəri paylaş







