Nazirlər Kabineti süni intellektin inkişafı üzrə milli prioritet sektorları müəyyən etdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzası ilə Nazirlər Kabineti “Süni intellektin inkişafı üçün milli prioritet sektorların və müvafiq sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) siyahısı”nın təsdiq edilməsi haqqında Qərar qəbul edib.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli 530 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 8.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiqlənən siyahıda süni intellektin inkişafı üçün milli prioritet olan sektorlardan biri “Səhiyyə” sektorudur.
Bu sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) siyahısına Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi daxil edilib.
Xəbəri paylaş








