Nazirlər Kabineti donor orqanları ilə bağlı iki Qərar qəbul edib

Azərbaycan Respublikası Nazirlər Kabineti özünün 2021-ci il 20 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında Qərar qəbul edib.
Yeni sənədə əsasən, həmin Siyahının ikinci sətrinə “qaraciyər” sözündən əvvəl “ürək” sözü əlavə olunub. Yeddinci sətirdə isə “Müalicəvi” sözü çıxarılıb və “sümük iliyi” sözlərindən sonra “kök hüceyrələri” sözləri əlavə edilib.
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq olunmuş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında Qərar da imzalayıb.
Bu sənədə əsasən, müvafiq Siyahıda ikinci sətrə “qaraciyər” sözündən əvvəl “ürək” sözü əlavə edilib, yeddinci sətirdən “Müalicəvi” sözü çıxarılıb və həmin sətrə “sümük iliyi” sözlərindən sonra “kök hüceyrələri” sözləri əlavə olunub.
Xəbəri paylaş







