Sizin Reklam Burada!

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Çolpon-Ata şəhərində Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə birlikdə “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi 2022-ci ilin mayından fəaliyyət göstərir. Müəssisənin əsas məqsədi uşaqlara yüksəkkeyfiyyətli tibbi-reabilitasiya xidməti göstərmək və onların istirahətini təmin etməkdir.
Mərkəzdə 800 çarpayılıq 136 otaq var. Hər il yay tətili dövründə Qırğızıstanın bütün bölgələrindən və qonşu ölkələrdən 8 000-8 500 uşaq burada fəaliyyət göstərən yay düşərgəsində istirahət edir. Mərkəz hər ilin sentyabrından isə növbəti ilin iyununadək reabilitasiya üçün əlilliyi olan uşaqları qəbul edir.





Xəbəri paylaş


Iyul 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova