Sizin Reklam Burada!

İnzibati Xətalar Məcəlləsində narkoloji xidmətlə bağlı dəyişiklik edildi

İnzibati Xətalar Məcəlləsində narkoloji xidmətlə bağlı dəyişiklik edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu imzalayıb.
Sənədə əsasən, İnzibati Xətalar Məcəlləsinə narkotiklərlə mübarizə sahəsində bir neçə maddə əlavə edilib. O cümlədən, 192.13-cü və 192.14-cü maddələr işə qəbul zamanı narkoloji tibbi müayinə tələb olunan hallarla bağlıdır:
“192.13. Tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə –
vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.
192.14. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə –
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir”.


Xəbəri paylaş


Iyul 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova