Sizin Reklam Burada!

“Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər edildi

“Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi ““Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Yeni Qanuna əsasən, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa icbari tibbi sığorta fondunu şərh edən 1.1.18-ci maddə əlavə olunub. Bildirilir ki, icbari tibbi sığorta fondu dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur.
15-3.5-ci maddədə “icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına)” sözləri “bu Qanunun 15-27-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə” sözləri ilə əvəz edilib. Həmçinin 15-13.1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron” sözləri “bu Qanunun 15-27-ci maddəsində nəzərdə tutulan” sözləri ilə əvəz olunub.
Dəyişikliklərə əsasən, Qanunun 15-27-ci maddəsi aşağıdakı redaksiyada verilir:
“Maddə 15-27. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsi
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”.
Yeni Qanuna əsasən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.17-ci maddəsindən “və reabilitasiya imkanlarının” sözləri çıxarılıb.
Dövlət başçısı ““Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 464-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərman da verib.
Sənəddə yeni Qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiqini təmin etmək məqsədilə qərara alınıb ki, “Tibbi sığorta haqqında” Qanunun 1.1.18-ci və 15-27-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 15-27-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 1.1.18-ci maddəsində isə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2027-ci il yanvarın 1-dək “İcbari tibbi sığorta” altsistemi yaradılacaq.
Nazirlər Kabinetinə Qanunun icrası ilə bağlı bəzi məsələlər tapşırılıb.
Həmçinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında müəyyən dəyişikliklər edilib. O cümlədən, sənəd boyunca “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz olunub.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də müvafiq dəyişikliklər olunaraq “İcbari tibbi sığorta” altsistemi haqqında bəndlər əlavə edilib.


Xəbəri paylaş


Iyul 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova