Sizin Reklam Burada!

Hərbi tibb xidməti əməkdaşları təltif olundular

Hərbi tibb xidməti əməkdaşları təltif olundular

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularından və mülki işçilərindən bir qrupu ölümündən sonra təltif edilib. Onların arasında tibb işçiləri də var.
Belə ki, tibb xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlu, tibb xidməti kapitanı Məmmədov Anar Kərəm oğlu, tibb xidməti baş leytenantı Fərəməzov Nurlan Əhliman oğlu və tibb xidməti leytenantı Ağayev Mirlətif Mirislam oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
Prezident İlham Əliyevin digər Sərəncamına əsasən, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif edilmiş hərbi qulluqçular arasında da tibb işçisi var. Belə ki, tibb xidməti polkovniki Çobanov Roman Salman oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.


Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova