Sizin Reklam Burada!

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

Müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə səhiyyə ictimaiyyəti Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Nazirliyin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri düzüb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
Həmçinin dövlət və ictimai xadim Əziz Əliyevin, professor Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.
Ümummilli Lider Heydər Əliyev ölkəmizin milli səhiyyəsinin inkişafına həmişə xüsusi diqqət və qayğı göstərib. Azərbaycanda peşəkar tibbi kadrların hazırlanması, səhiyyə ocaqlarının bərpa olunaraq və müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilməsi, yeni mərkəzlərin inşası və bu sahədə qazanlıan böyük nailiyyətlər Ulu Öndərin adı ilə bağlıdır.


Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova