Səhiyyə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, tibb tarixində adı əbədiləşmiş fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə səhiyyə naziri Teymur Musayev və nazirliyin rəhbərliyi Fəxri xiyabanı ziyarət ediblər.
Nazirliyin mətbuat xidmətinin bildirdiyinə görə, əvvəlcə xalqımızın Ümummilli Lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub.
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və təzə çiçəklər düzülüb.
Görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.

Xəbəri paylaş









