Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 30 dekabr 2022-ci il tarixli Qanunun tətbiqi barədə dövlət başçısının 31 yanvar 2023-cü il tarixli 2007 nömrəli Fərmanında dəyişiklik edilib.
President.az saytı məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb.
Dəyişikliyə əsasən, 2007 nömrəli Fərmanın 1.7-ci bəndinə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” sözləri əlavə edilib. Bununla da Səhiyyə Nazirliyinə maliyyə monitorinqi ilə bağlı məlumatları elektron qaydada sorğu əsasında almaq hüququ verilib.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xəbəri paylaş







