Leyla Əliyeva və Arzu Əliyeva Pediatriya Mərkəzində olublar

Leyla Əliyeva və Arzu Əliyeva “Referans Medical Group”un tərkibində fəaliyyət göstərən “Leyla Medical Center”in Pediatriya Mərkəzində olublar.
AZƏRTAC xəbər verir ki, ziyarət zamanı qonaqlar Mərkəzin gündüz stasionarında müalicə alan uşaqlara baş çəkib, onların səhhəti və müalicə prosesi ilə maraqlanıblar.
Uşaqlarla səmimi söhbət edən Leyla Əliyeva və Arzu Əliyeva körpələrə müxtəlif hədiyyələr təqdim edib, onlara xoş anlar yaşadıblar.






Xəbəri paylaş







