Səhiyyə Nazirliyində dövlət təltifləri təqdim edilib

Səhiyyə Nazirliyində dövlət təltifləri təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) 90 illik yubileyi münasibətilə institutun bir qrup əməkdaşı Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunublar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlikdə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib. “Tərəqqi” medalları mükafatlandırılanlara səhiyyə naziri Teymur Musayev tərəfindən təqdim edilib.
Təqdimetmə mərasimində çıxış edən nazir bildirib ki, bu mükafatlar Prezident İlham Əliyevin səhiyyə sisteminə və onun işçilərinə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.
Nazir qeyd edib ki, 1935-ci ildən fəaliyyət göstərən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu milli səhiyyəmizin formalaşmasında mühüm yer tutur.
Təltif olunan əməkdaşlar göstərilən yüksək etimada və dəyərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar bu mükafatları institut kollektivinin birgə əməyinə yüksək qiymətin təzahürü kimi qəbul etdiklərini söyləyib, gələcəkdə də Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməyə hazır olduqlarını vurğulayıblar.


Xəbəri paylaş



Mart 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova