Azərbaycan ilə Türkiyə arasında yol qəzaları üzrə tibbi əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan ilə Türkiyə arasında yol qəzaları üzrə tibbi əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyənin Ufuk Universiteti (Ankara) Yol Qəzalarına Yardım Fondunun Prezidenti professor Recai Pabuççunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Ufuk Universitetinin rektoru, professor Əhməd Hakan Haliloğlu da iştirak edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan – Türkiyə qardaşlıq əlaqələri çərçivəsində səhiyyə və beynəlxalq əməkdaşlıq imkanları, elmi tədqiqatlar və kadr hazırlığı istiqamətlərində təcrübə mübadiləsi, tibbi reabilitasiya, yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alan şəxslərə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, reabilitasiya və profilaktika sahəsində müasir yanaşmaların tətbiqi, tibb tələbələri və rezidentlər üçün təcrübə mübadiləsi proqramlarının təşkili, reproduktiv tibb sahəsində birgə tədqiqatların, eləcə də bu istiqamətlərdə müştərək layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.


Xəbəri paylaş



Mart 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova