Nazirlər Kabinetinin səhiyyə ilə bağlı bəzi qərarlarında dəyişikliklər edildi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 213-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 438 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin Qərarını imzalayıb.
Sənədə əsasən, Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər” adlı 2 nömrəli əlavəyə, Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-iqtisadi ekspertizanın aparılması Qaydası”na, Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması Qaydası”na, Nazirlər Kabinetinin 2024-cü il 16 oktyabr tarixli 456 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”nə, Nazirlər Kabinetinin 2025-ci il 8 aprel tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması Qaydaları”na səhiyyə ilə bağlı dəyişikliklər olunub.
Sənədlə həmçinin Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin attestasiyası Qaydası”nda da dəyişikliklər edilib.
Xəbəri paylaş







