Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb

Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri çərçivəsində Davosda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Tedros Adhanom Gebreyesusun əvvəlki görüşləri məmnunluqla xatırlanıb.
Azərbaycan ilə ÜST arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, ölkəmizin təşkilatın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi layihələrə dəstəyi qeyd edilib. Bu xüsusda COVID-19 pandemiyası zamanı Azərbaycanın bir sıra ölkələrə könüllü maliyyə yardımı göstərməsi xüsusi olaraq vurğulanıb.
Görüşdə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş



Mart 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova