Azərbaycanla Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycanla Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Teymur Musayev ölkələrimiz arasında mövcud olan yüksəksəviyyəli əlaqələrin, dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə əsaslandığını diqqətə çatdırıb: “Azərbaycan ilə Türkiyə arasında etimada, qarşılıqlı hörmətə, dostluq və qardaşlığa əsaslanan tərəfdaşlıq özünün ən yüksək mərhələsindədir”.
Müasir Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin qurulmasını qeyd edən nazir bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də qardaş ölkə ilə əməkdaşlığın nümunəvi olduğunu vurğulayıb: “Ankarada keçirilən XI Türk Tibb Dünyası Qurultayında Azərbaycanın nümayəndə heyəti geniş tərkibdə iştirak edib. Belə beynəlxalq platformalar təkcə təcrübə mübadiləsi üçün deyil, həm də gələcəkdə ortaq prioritetlərimizi müəyyən etmək baxımından əvəzsizdir”.
Teymur Musayev səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu deyib: “Süni intellekt və rəqəmsallaşmanı mənimsəyən həkimlərin yetişdirilməsi Səhiyyə Nazirliyinin qarşısında duran əsas hədəflərindən biridir”.
Nazir elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Birol Akgün isə vurğulayıb ki, möhkəm təməllər üzərində dayanan Azərbaycan – Türkiyə qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz göstəricisidir. Səfir xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolunu diqqətə çatdırıb.
XI Türk Tibb Dünyası Qurultayının mahiyyətini qeyd edən Birol Akgün bildirib ki, belə tədbirlərin keçirilməsi ölkələrimizin səhiyyə sistemlərinin yaxınlaşması, eləcə də qlobal tibbin inkişafına töhfə baxımından olduqca əhəmiyyətlidir.
Görüşdə səhiyyə sahəsində əməkdaşlıq ətrafında səmərəli fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş




Dekabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova