Səhiyyə Nazirliyinin rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib

Səhiyyə Nazirliyinin rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib

Dekabrın 12-də müstəqil Azərbaycanın tərəqqisi və dövlətçilik ənənələrinin formalaşmasında misilsiz xidmətləri olan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü qeyd olunur.
Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verib ki, bununla əlaqədar nazirliyin rəhbər şəxsləri Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində ölkəmizdə səhiyyə sisteminin inkişafı, tibb infrastrukturunun yenilənməsi, həmçinin yüksək ixtisaslı tibb kadrlarının hazırlanması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan səhiyyəsinin müasir mərhələdə əldə etdiyi nailiyyətlər məhz Ulu Öndərin müəyyənləşdirdiyi strateji xəttin davamı olaraq qazanılıb.


Xəbəri paylaş




Dekabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova