İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsi təsdiq olundu

İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsi təsdiq olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Fərman verib.
Sənədə əsasən, İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsinin xərcləri 2 621 460 000 manat məbləğində təsdiq edilib.
Müəyyən olunub ki, bu xərclərin maliyyələşmə mənbələri icbari tibbi sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri (1 976 000 000 manat) və icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitindən (qalığından) 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitdir (645 460 000 manat).
2026-cı ildə icbari tibbi sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşacaq: əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması (900 000 000 manat), icbari tibbi sığorta haqları (1 000 400 000 manat), digər daxilolmalar (75 600 000 manat).
Fərmanla İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsinin xərcləri də müəyyən edilib. Buraya icbari tibbi sığorta ödənişləri və dotasiyalar (2 526 000 000 manat), “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin (30 420 000 manat) və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (42 500 000 manat) saxlanılma xərcləri, Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqı (40 000 manat), bank xərcləri və digər xərclər daxildir.
Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.


Xəbəri paylaş




Dekabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova