Səhiyyə ilə bağlı qanunlara dəyişikliklər edildi

Səhiyyə ilə bağlı qanunlara dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Sənədə əsasən dəyişikliklər olunan qanunlar arasında səhiyyə ilə əlaqəli qanunlar da var.
Belə ki, “Tibbi sığorta haqqında” Qanunun 1.1.6-cı maddəsinə “şəxs” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri əlavə edilib. 15-2-ci maddəyə aşağıdakı məzmunda maddə əlavə olunub: “15-2.2.3-1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər”.
Qanunun 15-2.2.4-cü maddəsinə “15-2.2.3-cü” sözlərindən sonra “və 15-2.2.3-1-ci” sözləri əlavə edilib və həmin maddədə “sığortaolunanlar sığortalı qismində özləri çıxış edirlər” sözləri “sığortaolunanların sığortalısı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir” sözləri ilə əvəz olunub. Həmçinin aşağıdakı məzmunda 15-2.5-ci maddə əlavə edilib: “Bu Qanunun 15-2.2.3-1-ci maddəsində nəzərdə tutulmuş sığortalıların müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir”.
15-10.1.1-ci maddədə “15-2.1-ci” sözləri “15-2.2.4-cü” sözləri ilə, “90 manat” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə” sözləri ilə əvəz olunub. 15-10.1.2-ci maddəyə “muzdla” sözündən əvvəl “bu Qanunun 15-10.1.2-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla,” sözləri əlavə olunub. Aşağıdakı məzmunda 15-10.1.2-1-ci maddə əlavə edilib: “neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz”. 15-10.1.5-ci maddədə “15-2.2.4-cü” sözləri “15-2.2.3-1-ci” sözləri ilə, “minimum aylıq əməkhaqqının 48 faizi” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə” sözləri ilə əvəz olunub. 15-10.1.6-cı, 15-10.1.7-ci, 15-10.2-ci, 15-11.7-ci və 15-11.8-ci maddələr ləğv edilib.
Həmçinin müəyyən olunub ki, dövlət icbari şəxsi sığortası ilə əhatə olunan şəxslər üçün bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan adambaşına maliyyələşmə çərçivəsində dövlət büdcəsindən vəsait ayrılmır.
Dəyişikliklər olunan digər qanun “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanundur. Bu Qanunun 6.1-ci maddəsinin birinci cümləsində “dövlət büdcəsinin vəsaiti” sözləri “icbari tibbi sığorta vəsaitləri” sözləri ilə əvəz edilib. 6.2-ci maddədən “icbari tibbi sığorta vəsaitləri” sözləri çıxarılıb və həmin maddədə “qanunvericiliklə qadağan olunmayan” sözləri “qanunla nəzərdə tutulan” sözləri ilə əvəz edilib.
“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunda da dəyişikliklər olunub. Belə ki, onun 6.1-ci maddəsi aşağıdakı redaksiyada verilib: “Talassemiya irsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büdcəsi vəsaiti hesabına, hemofiliya irsi qan xəstəliyi olan şəxslərə münasibətdə isə icbari tibbi sığorta vəsaiti hesabına maliyyələşdirilir”. Qanunun 6.2-ci maddəsindən “icbari tibbi sığorta haqları” sözləri çıxarılıb və həmin maddədə “qanunvericiliklə qadağan olunmayan” sözləri “qanunla nəzərdə tutulan” sözləri ilə əvəz edilib.
Dəyişikliklər olunmuş daha bir qanun “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanundur. Onun 5.1-ci maddəsinin birinci cümləsində “dövlət büdcəsinin vəsaiti” sözləri “icbari tibbi sığorta vəsaitləri” sözləri ilə əvəz edilib, 5.2-ci maddədən “və icbari tibbi sığorta” sözləri çıxarılıb və həmin maddədə “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz edilib.
“Uşaqların icbari dispanserizasiyası haqqında” Qanunda edilən dəyişikliklər isə aşağıdakılardır: 10.1-ci maddənin birinci cümləsində “dövlət büdcəsinin vəsaiti” sözləri “icbari tibbi sığorta vəsaitləri” sözləri ilə əvəz olunub; 10.2-ci maddədən “və icbari tibbi sığorta” sözləri çıxarılıb və həmin maddədə “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz edilib.
Dövlət başçısı bu Qanunun tətbiqi ilə bağlı Fərman da verib.


Xəbəri paylaş




Dekabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova