Səhiyyə nazirinin müavini yeni qurumun üzvü olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiya haqqında Əsasnamə”nin və “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Bu sənədlə təsdiq edilmiş “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi”nə “Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” bəndi daxil edilib.
Beləliklə, səhiyyə nazirinin müavinlərindən biri həmin Komissiyanın üzvü olacaq.
Xəbəri paylaş







