Azərbaycan – Qazaxıstan sənədləri mübadilə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri çərçivəsində Astanada iki ölkə rəhbərinin iştirakı ilə Azərbaycan – Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında üç sənəd imzalayıblar.
Sonra Azərbaycan – Qazaxıstan sənədləri mübadilə olunub.
O cümlədən “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın səhiyyə naziri xanım Akmaral Alnazarova mübadilə ediblər.
Xəbəri paylaş








