Səhiyyə Nazirliyində Azərbaycan – Albaniya səhiyyə əməkdaşlığı müzakirə olunub

Səhiyyə Nazirliyində Azərbaycan – Albaniya səhiyyə əməkdaşlığı müzakirə olunub

Azərbaycan səhiyyə naziri Teymur Musayev Albaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Besart Kadia ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Nazir dövlət başçılarının görüşlərinin və əldə olunan razılaşmaların Azərbaycan – Albaniya münasibətlərini daha yüksək səviyyəyə qaldırdığını vurğulayıb.
Teymur Musayev həmçinin iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. Bundan əlavə, müalicəvi turizm sahəsində də əməkdaşlıq potensialının olduğu diqqətə çatdırılıb.
Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Öz növbəsində səfir Besart Kadia dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında dostluq münasibətlərinin mövcudluğunu qeyd edib. Diplomat öz ölkəsinin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Sonda tərəflər qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparıblar.


Xəbəri paylaş




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova