Bəzi tibbi sənədlərin məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilər

Bəzi tibbi sənədlərin məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilər

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 120-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin Qərarını imzalayıb.
Dəyişikliklərə əsasən, səhiyyə ilə bağlı bəzi sənədlərdəki məlumatların elektron qaydada əldə edilməsi və təqdim olunması təsbit edilib.
Belə ki, “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarında dəyişikliklərə əsasən, həmin Qərarla təsdiq edilmiş “Əsas (baza ali) tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na aşağıdakı məzmunda 4.14-cü bənd əlavə edilib:
“4.14. Diplomda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Diplomda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi diplomun təqdim edilməsinə bərabər tutulur”.
“Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na da müvafiq məzmunda bənd əlavə olunub.
Qərarın digər maddəsinə əsasən, Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilib:
“1.2-1. Göndərişdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Göndərişdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi göndərişin təqdim edilməsinə bərabər tutulur”.
Nazirlər Kabinetinin 2020-ci il 20 mart tarixli 101 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta şəhadətnaməsi”nin Nümunəvi forması”nın Qeyd hissəsinə aşağıdakı məzmunda ikinci abzas əlavə olunub:
“İcbari tibbi sığorta şəhadətnaməsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. İcbari tibbi sığorta şəhadətnaməsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi icbari tibbi sığorta şəhadətnaməsinin təqdim edilməsinə bərabər tutulur.”.
Həmçinin Nazirlər Kabinetinin 2021-ci il 24 iyun tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş “Könüllü tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi Qaydaları”na aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilib:
“2.5. Könüllü tibbi sığorta şəhadətnaməsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Könüllü tibbi sığorta şəhadətnaməsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi könüllü tibbi sığorta şəhadətnaməsinin təqdim edilməsinə bərabər tutulur”.


Xəbəri paylaş




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova