Sağlam həyat tərzi üzrə İşçi altqrupun növbəti iclası keçirilib

Sağlam həyat tərzi üzrə İşçi altqrupun növbəti iclası keçirilib

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanması üzrə yaradılmış Sağlam həyat tərzi üzrə İşçi altqrupun ikinci iclası olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda İşçi altqrupun rəhbəri səhiyyə naziri Teymur Musayev çıxış edərək bildirib ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” uğurla icra olunmaqla ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm zəmin yaradıb. Nazir bu inkişafın davamlılığının təmin edilməsi məqsədilə Strategiyanın indiyədək icrası üzrə əldə olunan nəticələr və təcrübələr nəzərə alınaraq, ölkədə sağlam həyat tərzinin təşviqi istiqamətində görüləcək tədbirlərin gələcək illərdə də vahid strateji çərçivəyə salınmasının vacibliyini vurğulayıb. “Bununla əlaqədar, Prezident İlham Əliyevin 2025-ci il 30 may tarixli müvafiq Sərəncamının icrası məqsədilə “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın aidiyyəti tədbirlərinin effektiv reallaşdırılması üçün yaradılmış Sağlam həyat tərzi üzrə İşçi altqrup öz fəaliyyətini intensiv şəkildə davam etdirir”, - deyə nazir diqqətə çatdırıb.
İşçi altqrupun rəhbəri həmçinin vurğulayıb ki, növbəti illər üçün hazırlanacaq strategiyada müasir dövrün reallıqları və qlobal trendlər nəzərə alınaraq, gələcəkdə tətbiqi daha effektiv nəticələr verən tədbirlər öz əksini tapacaq.
Tədbirdə İşçi altqrupun üzvlərinin təklifləri əsasında hazırlanmış sənəd layihəsinin ilkin təqdimatı keçirilib.
İşçi altqrup üzvləri tərəfindən həmin təkliflərə dair müzakirələr aparılmaqla, müəyyən məqamlara aydınlıq gətirilib, fəaliyyət istiqamətləri və aidiyyəti tədbirlər müəyyənləşdirilib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova