Səhiyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Səhiyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 102 il keçib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu münasibətlə nazirliyin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad edib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın milli səhiyyəsinin inkişafına həmişə xüsusi diqqət və qayğı göstərib. Ulu Öndərin respublikaya rəhbərliyi dövründə səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi, peşəkar tibbi kadrların hazırlanması baxımından çox böyük işlər görülüb.


Xəbəri paylaş



May 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova