Qətər Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Qətər Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Teymur Musayev Azərbaycanla Qətər arasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir dövlətlərarası münasibətlərin genişləndirilməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb, həmçinin Azərbaycanla Qətər arasında səhiyyə sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur.
Sonda səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri isə dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib. Diplomat həmçinin ölkəsinin Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə tibb təhsili, bu sahədə peşəkar kadrların hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş



Aprel 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova