Səhiyyə və tibb elmi sahəsində Azərbaycan – Kuba əməkdaşlığı müzakirə olunub

Səhiyyə və tibb elmi sahəsində Azərbaycan – Kuba əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirib ki, görüşdə səhiyyə naziri Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də Azərbaycan – Kuba əməkdaşlığının nümunəvi olduğunu vurğulayıb. Teymur Musayev Səhiyyə Nazirliyinin nümayəndə heyətinin 2023-cü ildə dost dövlətə səfəri və Baş nazir Manuel Marrero Krusla görüşünü xatırladıb: “Səfər çərçivəsində bir sıra əhəmiyyətli və məhsuldar görüşlər baş tutub. Nümayəndə heyəti Kuba Respublikasının aparıcı tibb və əczaçılıq müəssisələrinin fəaliyyəti ilə tanış olub. Həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb”.
Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da səmərəli olacağına əminliyini ifadə edib.
Səfir Karlos Enrike Valdes de la Konsepsyon Kubanın Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib: “Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələr mövcuddur. Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik münasibətlər qurulub. Bu müddət ərzində Kuba və Azərbaycanın qarşılıqlı münasibətləri müsbət dinamika ilə inkişaf edir”.
Dost ölkələrin Səhiyyə nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edən Kuba səfiri bu sənədin səhiyyə və tibb elminin inkişafı sahəsində ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş



Aprel 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova