Səhiyyə naziri Belarusun ölkəmizdəki səfiri ilə görüşüb

Səhiyyə naziri Belarusun ölkəmizdəki səfiri ilə görüşüb

Səhiyyə Nazirliyində Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Dmitri Pineviçi Belarusun ölkəmizdəki səfiri vəzifəsinə yeni təyin olunması münasibətilə təbrik edib.
Azərbaycanla Belarus arasında bir çox sahələrdə əlaqələrin genişləndiyini qeyd edən nazir vurğulayıb ki, dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda, hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində münasibətlərin inkişafında mühüm rol oynayır.
Teymur Musayev həmçinin səhiyyə sahəsində ölkələrimiz arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Nazirin sözlərinə görə, tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərə təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün mütəmadi olaraq qarşılıqlı səfərlər təşkil olunur.
Əczaçılıq sənayesinin bütün dünyada innovativ inkişaf baxımından mühüm yer tutduğunu vurğulayan Teymur Musayev ölkələrimiz arasında bu sahədə uğurlu əməkdaşlığın olduğunu qeyd edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Dmitri Pineviç Belarusun Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyib. Son dövrlərdə Belarusla Azərbaycan arasında əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini qeyd edən səfir ötən illər ərzində Azərbaycan – Belarus münasibətlərinin böyük yol keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
Görüşdə tərəflər əczaçılıq sənayesi, tibb və səhiyyə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Həmçinin tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə inam ifadə olunub.


Xəbəri paylaş



Aprel 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova