Koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb

Koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqqına əlavənin ödənilməsi müddətinin uzadılması ilə bağlı iki Qərar imzalayıb.
AZƏRTAC xəbər verir ki, birinci sənəd “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərardır. Bu dəyişikliyə görə, COVID-19-la mübarizə üzrə çalışanların maaşlarına əlavənin müddəti 2025-ci il iyulun 1-dək uzadılıb.
Qəbul edilmiş ikinci sənədə əsasən, “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilib. Yeni qərara görə, adı çəkilən kateqoriyadan olan tibb işçilərinin əməkhaqlarına əlavələr də 2025-ci il iyulun 1-dək ödəniləcək.


Xəbəri paylaş



Aprel 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova