Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə ayrılan vəsaitin məbləği artıb

Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə ayrılan vəsaitin məbləği artıb

Hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon manat vəsait ayrılıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Baş nazir Əli Əsədov parlamentin iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.
Beləliklə, səhiyyə sahəsinə ayrılan vəsaitin artımı 8,2 faiz olub.
Baş nazir bildirib ki, hökumət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir.
İclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı ətrafında müzakirələr aparılıb. Deputatlar insanların rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrin həyata keçirilməsi ilə bağlı lazımi vəsaitin ayrılmasını müsbət dəyərləndiriblər. Səhiyyə sahəsinin inkişafı istiqamətində əhəmiyyətli işlərin görüldüyü vurğulanıb.


Xəbəri paylaş



Mart 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova