Bakıda XII Qlobal Bakı Forumu keçirilib

Bakıda XII Qlobal Bakı Forumu keçirilib

Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib

Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu baş tutub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və giriş nitqi söyləyib.
Dövlət başçısı qonaqları salamlayıb, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzvlərinə Mərkəzin dünya miqyaslı fəaliyyətinə, onun transformasiyasına verdikləri töhfəyə, COP29 tədbirində fəal iştiraka görə təşəkkür edib, həmin tədbirin nəticələrindən danışıb.
Ermənistan – Azərbaycan prosesinə toxunan Prezident İlham Əliyev bidirib ki, biz işğal illərini, Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq. Bununla belə, biz gələcəyə nəzər salmalı, Cənubi Qafqazda sülhə nail olmalıyıq.
Çıxışının sonunda dövlət başçısı Forumun maraqlı olacağını deyib, ona uğurlar arzulayıb.
Albaniya Respublikasının Prezidenti Bayram Beqay çıxışında deyib ki, COVID-19 pandemiyasının idarə edilməsi təcrübəsi onu göstərdi ki, ən səmərəli həllər vahid reaksiya mexanizmindən irəli gəlir, elm və texnologiyaya uzunmüddətli investisiyalar yatırılmalıdır. Texnoloji inkişafa dəstək, süni zəkanın inkişafı fərdlərə, icmalara və xalqlara yeni mərhələyə keçməyə imkan yaradacaq.



Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç dünya düzənində hazırkı problemlərdən, ölkəsinin bu şəraitdə konstitusion və siyasi böhrandan çıxış üçün etdiyi cəhdlərdən danışıb.
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ölkələrimiz arasında bənzərlikdən, forumun əhəmiyyətindən çöz açıb.
Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa XII Qlobal Bakı Forumunun fikir müxtəlifliyini təmsil edən insanları neytral və mehriban mühitdə bir araya gətirdiyini bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus çıxışında COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirərək deyib: “Mən buraya bir neçə ay öncə COP29 üçün gəlmişdim və qısa müddət sonra bu cür yaxşı təşkil olunmuş tədbirə ev sahibliyi etdiyinə görə Prezident Əliyevi təbrik edirəm. Lakin Zati-aliləri, ən vacibi isə mən əldə edilmiş əhəmiyyətli nəticələrə görə Sizi təbrik edirəm. Hamımız bilirik ki, danışıqlar asan deyildi, lakin nəticədə iqlim maliyyəsi, qabaqlayıcı və uyğunlaşma tədbirləri üçün mühüm öhdəliklər müəyyən olundu. Qısa desək, bu, elə çoxtərəflilikdir. Ümumi problemlərlə bağlı dövlətlər ümumi həll variantlarının tapılmasında bir araya gəldilər”.
Açılış mərasimində həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan, BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Tatyana Valovaya, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin dünya düzənini təhdid edən problemlərin müzakirəsi və həlli baxımından XII Qlobal Bakı Forumunu mühüm platforma olduğunu vurğulayıblar.
“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan XII Qlobal Bakı Forumunda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak ediblər.
Forumda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması”, “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında panellər təşkil olunub. Yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində olub. Xüsusilə, "Yeni dünya üçün yeni texnologiyalar", "Gender-Təhlükəsizlik-İqlim bağlantısı" və "Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr" panelləri bu istiqamətdə vacib mövzuları əhatə edib.


Xəbəri paylaş



Mart 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova