Əhalinin sağlamlığının qorunması və tibbi sığorta haqqında qanunlara əlavələr edildi

Əhalinin sağlamlığının qorunması və tibbi sığorta haqqında qanunlara əlavələr edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanunu imzalayıb.
Sənəddə bir sıra qanunlarda məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilməsi ilə bağlı dəyişikliklər olunub.
O cümlədən, Qanunun 3-cü maddəsinə əsasən, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilib:
“Vətəndaşın sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.”.
Qanunun 6-cı maddəsi isə“Tibbi sığorta haqqında” Qanunda dəyişikliklə bağlıdır. Belə ki, həmin qanuna aşağıdakı məzmunda 1-1.5-ci maddə əlavə edilib:
“1-1.5. Bu Qanunun 5-ci və 15-13-cü maddələrində nəzərdə tutulmuş tibbi sığorta şəhadətnamələri və bu Qanunun 15-28-ci maddəsində nəzərdə tutulmuş göndərişdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.”.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova