TDT üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri Birgə Bəyannamə qəbul ediblər

TDT üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri Birgə Bəyannamə qəbul ediblər

Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında yekun sənəd – Birgə Bəyannamə qəbul olunub.
Sənəddə TDT-nin Səhiyyə sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 2024-cü il üçün Fəaliyyət Planının təsdiqi, habelə Vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi kimi məsələlər öz əksini tapıb.
Bundan əlavə, Bəyannamədə Təşkilata üzv və müşahidəçi ölkələrinin milli qanunvericiliyinə uyğun olaraq, TDT çərçivəsində vahid rəqəmsal səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsinin vacibliyi qeyd edilib. Həmçinin sənəddə “Türktransplant sisteminin təsis edilməsinə dair Niyyət Protokolu”nun, eyni zamanda, TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi tədqiqat institutları və mərkəzləri arasında Anlaşma Memorandumlarının imzalanılmasının əhəmiyyəti vurğulanıb.
Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasının yekunlarına əsasən, təşkilatın səhiyyə nazirlərinin növbəti görüşünün Qazaxıstanda keçirilməsi qərara alınıb.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova