20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub

20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub

Qəhrəmanlıq tariximizin şanlı səhifəsi olan 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla anıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda şəhidlər verib. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazıblar.
Qeyd olunub ki, 20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Böyük Qələbə xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılıb.
Daha sonra Səhiyyə Nazirliyində Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova