Səhiyyə Nazirliyində Qvineya-Bisau nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Qvineya-Bisau nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə həmçinin Qvineya-Bisaunun ətraf mühit naziri Viriato Kassama və digər rəsmi şəxslər iştirak ediblər.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə toxunaraq, tibb sahəsində də əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Nazirin sözlərinə görə, bu istiqamətdə əməkdaşlıq beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilir.
Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə ikitərəfli səhiyyə əməkdaşlığının da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Öz növbəsində Karlos Pinto Pereira Qvineya-Bisaunun Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib: “Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub. Bu müddət ərzində Qvineya-Bisau və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətləri müsbət dinamika ilə inkişaf edir”.
Görüşdə həmçinin Qvineya-Bisaudan olan tibb sahəsi üzrə mütəxəssislərin hazırlanmasına dəstək verilməsi və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova