Səhiyyə naziri təyyarə qəzasında xəsarət alan vətəndaşlarımızı ziyarət edib

Səhiyyə naziri təyyarə qəzasında xəsarət alan vətəndaşlarımızı ziyarət edib

Səhiyyə naziri Teymur Musayev “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan vətəndaşlarımızı ziyarət edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, nazir müalicə almaq məqsədilə Bakıya gətirilən yaralılar üçün yaradılan şərait və onların səhhəti ilə maraqlanıb.
Səhiyyə nazirinə məlumat verilib ki, yaralılara zəruri tibbi yardımın göstərilməsi üçün bütün lazımi tədbirlər görülüb, yüksəksəviyyəli müayinə-müalicə prosesi həyata keçirilir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyasının yaradıldığını vurğulayan nazir deyib: “Sərəncamla aidiyyəti dövlət qurumlarına, o cümlədən Səhiyyə Nazirliyinə müvafiq tədbirlər görmək üçün zəruri tapşırıqlar verilib. Qazaxıstanda baş verən təyyarə qəzasında yaralanan həmvətənlərimizə və digər zərərçəkənlərə dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığı və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə geniştərkibli tibbi heyət dərhal hadisə yerinə göndərilib”.
Nazirin sözlərinə görə, həmin tibbi heyət artıq Bakıya qayıdıb. Yaralanan 14 Azərbaycan vətəndaşı Qazaxıstandan Vətənə gətirilib və Bakıdakı Yeni Klinika tibb müəssisəsində yerləşdirilib. İlkin müayinələrin nəticələrinə əsasən, onların vəziyyəti stabil və qənaətbəxşdir. Zərərçəkənlərin əksəriyyətinin yaxın günlərdə evlərinə buraxılması gözlənilir.
Səhiyyə naziri qeyd edib ki, qazaxıstanlı həmkarlara dəstək və müalicə proseslərinin tənzimlənməsi məqsədilə Bakıdan Aktauya 2 həkim və 2 tibb bacısından ibarət heyət göndəriləcək.
Sonda Teymur Musayev yaralıların tezliklə şəfa tapmasını və doğmalarına qovuşmasını arzulayaraq deyib: “Aviaqəzada xəsarət alan bütün Azərbaycan vətəndaşlarına Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində psixoloji və ehtiyac olduqda, tibbi reabilitasiya xidmətləri göstəriləcək”.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova