Azərbaycanda ilk dəfə VIII faktorun Xromogen üsulu ilə müayinəsi aparılıb

Azərbaycanda ilk dəfə Respublika Klinik Xəstəxanasının laboratoriyasında VIII faktorun Xromogen üsulu ilə müayinəsi həyata keçirilib. Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, dünya miqyasında məhdud sayda ölkədə icra olunan bu müayinənin laboratoriya şəraitində işlənilməsi uğurla nəticələnib.

31-03-2025, 16:39

Səhiyyə naziri Mentorluq proqramı çərçivəsində keçirilən müsabiqənin qalibi ilə görüşüb

Səhiyyə naziri Teymur Musayev “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Ayaz Məmmədovla görüşüb. Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, görüş zamanı Mentorluq proqramının əhəmiyyəti, qaliblərin peşəkar inkişafına verdiyi töhfə və səhiyyə sahəsində müasir idarəetmə perspektivləri müzakirə edilib. Ayaz Məmmədovu təbrik edən nazir onun əldə etdiyi uğurun gələcək karyerasında yeni imkanlar açacağına inamını

31-03-2025, 16:20

Süni intellekt və rəqəmsal həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda panel iclaslar çərçivəsində "Qlobal səhiyyə böhran dövründə: Hazırlıq və bərabərlikdə yeni sərhədlər" mövzusuna həsr olunmuş sessiya keçirilib. UNESCO-nun Rasizmə Qarşı Şəhərlərin Koalisiyası təşkilatının rəhbəri Benedetto Zakkirolinin moderatorluğu ilə baş

31-03-2025, 15:30

Səhiyyə Nazirliyində Britaniyalı görkəmli beyin fizioloqu ilə görüş olub

Britaniya Lordlar Palatasının üzvü, Böyük Britaniya Kral İnstitutunun sabiq direktoru, beyin fiziologiyası sahəsi üzrə ixtisaslaşmış məşhur ingilis alimi, baronessa Syuzan Qrinfildin Azərbaycana işgüzar səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qonaqla görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycan – Böyük Britaniya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. Teymur Musayev səhiyyə sahəsində də əməkdaşlığın

31-03-2025, 15:29

ÜST-nin direktoru: ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxması itkidir

“Təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir. Yeganə imkan birgə mübarizədir”. AZƏRTAC xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumunun “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” adlı panel iclasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus deyib. O bildirib ki, ABŞ-nin ÜST-dən çıxması itkidir: “Lakin biz yeganə təşkilat deyilik. ABŞ inkişafa dəstəyin 30 faizini ödəyir. Odur ki, bu maliyyənin ödənilməməsi səhiyyəyə təsir

31-03-2025, 15:28

Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə ayrılan vəsaitin məbləği artıb

Hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon manat vəsait ayrılıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Baş nazir Əli Əsədov parlamentin iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.

31-03-2025, 15:26

Milli Məclis səhiyyə ilə əlaqəli bəzi qanunlara dəyişikliklər edib

Mart ayında Milli Məclisin yaz sessiyasında bir neçə plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilk iclasda Ombudsman Səbinə Əliyeva 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında məruzəni təqdim edib. İnsan hüquqları üzrə müvəkkil 2024-cü ilin ölkəmiz üçün bir sıra mühüm ictimai-siyasi hadisələr və qlobal əhəmiyyətli tədbirlərlə yadda qaldığını söyləyib. O, məruzədə əhalinin sağlamlığı məsələlərinə də toxunub. Belə ki,

31-03-2025, 15:19

Herontoloji Mərkəzin direktoru: Bakıda son 10 ildə yaşı 60 və daha yuxarı olanların sayı artıb

Səhiyyə Nazirliyinin Bakı Şəhər Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə Əhmədova bu qurumun fəaliyyət istiqamətləri, aparılan araşdırmalar, paytaxt Bakıda yaşlı insanların sayı və mərkəzdə həyata keçirilən müalicə-profilaktika tədbirləri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. - Öncə istərdik ki, yeni yaradılan Bakı Şəhər Herontoloji Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verəsiniz. - Mərkəzimiz 2020-ci ilin may ayında “Sağlamlıq sahəsi” poliklinikasının

31-03-2025, 15:16

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə Perinatal Mərkəzində olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncəyə səfər çərçivəsində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olublar. AZƏRTAC bildirir ki, Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov Gəncə və ətraf regionlardan olan vətəndaşlara xidmət göstərən Perinatal Mərkəz barədə məlumat verib. Qeyd olunub ki, Perinatal Mərkəz ana olmağa hazırlaşan və zahı qadınlara,

31-03-2025, 15:14

Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesusu qəbul edib. AZƏRTAC xəbər verir ki, Tedros Gebreyesus COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb və bu konfrans çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini deyib. Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq, Azərbaycan tərəfindən bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün

31-03-2025, 15:13



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova