Səhiyyə naziri İsveçrənin aparıcı əczaçılıq şirkətinin rəhbərliyi ilə görüşüb

Azərbaycan Səhiyyə Nazirliyində İsveçrənin aparıcı əczaçılıq şirkəti olan “Novartis Pharma Services AG”nin Mərkəzi Avropa Regionunun inkişaf etməkdə olan ölkələr üzrə prezidenti vəzifəsini müvəqqəti icra edən Almaz Miftaxovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib. Əczaçılıq sənayesinin müasir səhiyyənin ən mühüm istiqamətlərindən

28-02-2025, 15:00

Koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb

Azərbaycanın Baş naziri Əli Əsədov koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqqına əlavənin ödənilməsi müddətinin uzadılması ilə bağlı iki Qərar imzalayıb. AZƏRTAC xəbər verir ki, birinci sənəd “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

28-02-2025, 14:54

Milli Məclis “Tibbi sığorta haqqında” Qanunda dəyişiklikləri müzakirə edib

Fevral ayında Milli Məclisin 2025-ci ilin yaz sessiyasının bir neçə plenar iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclaslarda səhiyyə ilə bağlı məsələlərə də baxılıb. Parlamentin yaz sessiyasının ilk iclasında spiker Sahibə Qafarova yaz sessiyasının qanunvericilik işləri planını diqqətə çatdırıb. “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman

28-02-2025, 14:44

Cinayət və İnzibati Xətalar məcəllələrinə sağlamlıqla bağlı dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu imzalayıb. Dəyişikliklər arasında səhiyyəyə və insan sağlamlığına aid olanlar da var. Belə ki, Cinayət Məcəlləsində edilən dəyişikliklərdən biri “Təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması” adlanan 200-3-cü maddənin əlavə olunmasıdır.

28-02-2025, 14:41

Azərbaycan Respublikasının Prezidenti İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında Fərman verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-21.1-1-ci maddəsinə uyğun olaraq qərara alınıb ki, İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 941 690 000,00 manat məbləğində təsdiq edilsin. Bu Fərmanla

28-02-2025, 14:39

Tibbi tullantıların idarə olunması sahəsində məlumatlılıq artırılır

Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Bu sahədə növbəti görüşlər Ağdaş və Ağdam Rayon Mərkəzi xəstəxanalarında, “OKİ Hospital” tibb müəssisəsində keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşlər çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların

28-02-2025, 14:06

Səhiyyə Nazirliyi rəsmisi Tokioda səhiyyənin idarə edilməsi üzrə təlimlərə qatılıb

Tokio şəhərində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) və Yaponiya Milli İctimai Səhiyyə İnstitutunun birgə təşkilatçılığı ilə “Səhiyyə sisteminin idarəedilməsi (Liderlik və İdarəçilik)” adlı Biliklərin Birgə Yaradılması təlim proqramı keçirilib. Təlimin əsas məqsədi səhiyyə sahəsində olan çağırışlara idarəçilik perspektivindən baxış və sistematik qiymətləndirmə bacarıqlarının formalaşdırılması olub. Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, 12 iştirakçı ölkədən səhiyyə

28-02-2025, 13:58

Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrinə işə qəbul prosesini rəqəmsallaşdırıb

Səhiyyə Nazirliyi səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal Səhiyyə ekosisteminin tətbiqi ilə bağlı tədbirləri davam etdirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”nın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin“ Vahid Səhiyyə İnformasiya Sistemi”nin (VSİS) “İşə qəbul” altsistemi hazırlanaraq istifadəyə

28-02-2025, 12:29

“Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” mövzusunda konfrans keçirilib

Bakıda “Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” mövzusunda tədbir baş tutub. AZƏRTAC xəbər verir ki, səhiyyə sahəsinin aparıcı mütəxəssislərinin, dövlət rəsmilərinin, beynəlxalq səhiyyə təşkilatlarının nümayəndələrinin, ekspertlərin və digər şəxslərin iştirak etdiyi konfransın əsas məqsədi talassemiya və başqa nadir xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində əldə olunan nailiyyətləri müzakirə etmək, həmçinin perspektivləri müəyyənləşdirməkdir. Konfransın

28-02-2025, 11:04

Aptekdə bunu edənlər 50 AZN cərimə olunacaq

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Yeni qaydalara əsasən, dərman vasitələrinin Azərbaycan dilində istifadə təlimatı olmadan satışına görə cərimə nəzərdə tutulur. Belə ki, əgər dərman vasitəsinin Azərbaycan dilində istifadə təlimatı qablaşdırmanın içərisində və ya yanında olmazsa və istehlakçının tələbi əsasında aptek tərəfindən çap edilərək təqdim edilməzsə, həmin aptekə cərimə tətbiq olunacaq. Bu halda aptek təşkilatları 50 manat məbləğində

20-02-2025, 11:09



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova