Sizin Reklam Burada!

Azərbaycanın tibb tarixində ilk:

Azərbaycanın tibb tarixində ilk:

Azərbaycanın tibb tarixində ilk:
19 həftəlik hamilə qadın üzərində dünyada nadir rast gəlinən əməliyyat aparılıb


Azərbaycan səhiyyəsində mühüm yeniliyə imza atılıb. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 19 həftəlik hamilə qadının üzərində dünyada nadir hallarda tətbiq olunan laparoskopik uroloji əməliyyat uğurla icra edilib.
ATU-dan verilən məlumata görə, əməliyyat 20 yaşlı, ilk hamiləliyini yaşayan qadın üzərində aparılıb. Hamiləlik dövründə arterial təzyiqinin dəfələrlə 170–180 mm c.s.-na qədər yüksəlməsi səbəbindən ultrasəs müayinəsindən keçirilən pasiyentin sağ böyrəküstü vəzisində 8 sm ölçüdə törəmə aşkarlanıb.
ATU-nun Tədris Cərrahiyyə Klinikasına yerləşdirilən xəstənin instrumental və laborator müayinələri nəticəsində törəmənin feoxromositoma olduğu müəyyən edilib.
Nadir rast gəlinən neyroendokrin törəmə olan feoxromositoma arterial təzyiqin qəfil və kəskin yüksəlməsinə səbəb ola bilər. Hamiləlik zamanı belə bir vəziyyətin yaranması həm ana, həm də bətnindəki körpənin həyatı üçün ciddi təhlükə yaradır.
Pasiyentin vəziyyəti nəzərə alınaraq, ginekoloq, endokrinoloq, kardioloq və anestezioloqların iştirakı ilə geniş tibbi konsultasiyalar, zəruri müayinə və əməliyyatöncəsi hazırlıq tədbirləri həyata keçirilib. Bundan sonra ATU-nun Tədris Cərrahiyyə Klinikasında sağ böyrəküstü vəzinin çıxarılması – sağtərəfli adrenalektomiya əməliyyatı laparoskopik üsulla uğurla icra olunub.
Açıq cərrahi müdaxilədən fərqli olaraq, laparoskopik üsul kiçik kəsiklər vasitəsilə həyata keçirilən müasir, minimal invaziv yanaşmadır. Hamiləlik dövründə, xüsusilə də ana və döl üçün ciddi risk yaradan belə bir xəstəlik zamanı bu metodun tətbiqi yüksək peşəkarlıq və diqqətli tibbi planlaşdırma tələb edir. Beləliklə, həyati risk yaradan vəziyyətə baxmayaraq, həkimlər ana və döl üçün yüksək risk daşıyan əməliyyatı müasir, minimal invaziv üsulla uğurla başa vurublar. Əməliyyat ATU-nun Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev tərəfindən icra edilib.
Laparoskopik yanaşmanın ən böyük üstünlüyü odur ki, pasiyentin yüksəkriskli və ağır bir əməliyyat keçirməsinə baxmayaraq, xəstəxanada qalma (hospitalizasiya) müddəti cəmi 2 gün çəkib. Artıq evə buraxılan pasiyent hazırda həkim nəzarətindədir. Həm ana, həm də dölün vəziyyəti yaxşıdır və heç bir risk yoxdur.
Azərbaycan tibb tarixində ilk olan bu uğurlu əməliyyat hamiləliyin idarə edilməsi və minimal invaziv cərrahiyyə sahəsində mühüm bir nailiyyətdir. Bu hadisə hamiləlik dövründə nadir və yüksəkriskli xəstəliklərin müalicəsində müasir cərrahi texnologiyaların və müxtəlif ixtisaslı həkimlərin birgə fəaliyyətinin əhəmiyyətini bir daha nümayiş etdirir.


Xəbəri paylaş


Oktyabr2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova