AEM əməkdaşları üçün EİT üzrə təlim keçirildi

AEM əməkdaşları üçün EİT üzrə təlim keçirildi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində (AEM) qurumun əməkdaşları üçün “EİT nədir?” təlim kursunun birinci mərhələsi keçirilib. Təlimi AEM-in Etibarlı İstehsalat Təcrübəsi (EİT) şöbəsinin müdiri Həmid Qurbanov aparıb.
EİT-in əsas prinsiplərinə, keyfiyyətin idarə edilməsi prinsiplərinə, tənzimləyici tələblərə və onların əczaçılıq fəaliyyətində praktik tətbiqinə həsr olunmuş təlim kursu dinləyicilərə tənzimləyici tələblərinin icmalı və yüksək keyfiyyətli mədəniyyətin qorunması üçün personalın vəzifələri ilə tanış olmaq imkanı yaradıb. Təlimin birinci mərhələsində hazır məhsullar üçün EİT tələblərinə giriş, EİT-in məqsədi, prinsipləri və əhəmiyyəti, istifadəyə hazır dərman məhsulları üçün EİT elementləri, EİT çərçivəsində sənədləşdirmə, qeydiyyat və audit tələbləri mövzuları əhatə edilib.
Peşəkar səriştələri gücləndirmək, beynəlxalq EİT standartlarına uyğunluğu təmin etmək, AEM-də keyfiyyət və təhlükəsizlik proseslərinin davamlı təkmilləşdirilməsini dəstəkləmək məqsədi daşıyan tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.




Xəbəri paylaş



Yanvar 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova