Mart ayında 19 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bu ilin mart ayı ərzində 19 aptekdə yoxlama aparıb.
Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri üzrə 8, ölkənin digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 17 aptekdə planlı, bir aptekdə plandankənar və bir aptekdə isə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 7 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
Xəbəri paylaş