Bioloji aktiv qida məhsulları reseptə yazılmamalıdır

Bioloji aktiv qida məhsulları reseptə yazılmamalıdır

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Azərbaycanda fəaliyyət göstərən özəl tibb müəssisələrinə müraciət ünvanlayıb.
Müraciətdə deyilir ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.1-ci maddəsinə əsasən, bioloji aktiv qida məhsullarının (BAQM) reseptə yazılması qadağan olunub. Həmçinin həmin Qanunun 14-1.3-cü maddəsinə əsasən, bioloji aktiv qida məhsullarının üzərində və istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözlərinin yazılması məcburi xarakter daşıyır.
Müraciətdə bildirilir: “Bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsi və neqativ hallara səbəb ola biləcək amillərin aradan qaldırılması məqsədilə özəl tibb müəssisələrində resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən buraxılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılmasının qarşısının alınması üçün Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri çərçivəsində maarifləndirici, preventiv və qanunvericiliklə müəyyən olunmuş inzibati tədbirlərin görülməsi nəzərdə tutulur.
Nəzərinizə çatdırırıq ki, elektron resept sisteminə keçid ilə əlaqədar özəl tibb müəssisələrində və aptek təşkilatlarında plan üzrə və plandankənar yoxlamaların aparılması zamanı həmin müəssisələrdə resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən yazılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılması, həmçinin belə reseptlər əsasında BAQM satışı hallarının aşkar edilməsi üçün nəzarət gücləndiriləcək”.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova