Avqust ayı ərzində 44 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən 2024-cü ilin avqust ayı ərzində Bakı şəhəri və digər rayonlar üzrə ümumilikdə 44 aptekdə yoxlama aparılıb. AEM-dən verilən məlumata görə, bunlardan 31 aptekdə yoxlamalar planlı, 13 aptekdə isə plandankənar keçirilib.
Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsi üzrə protokollar tərtib edilib.
Xəbəri paylaş