1380 qutu sertifikatsız dərman aşkarlanıb

1380 qutu sertifikatsız dərman aşkarlanıb
Lisenziyasız fəaliyyət göstərən 13 qanunsuz aptek isə bağlanıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) Dərmanların keyfiyyətinə nəzarət şöbəsinin müdiri Pərviz Əzizbəyovdan aldığımız məlumata görə, 2014-cü ilin ilk 9 ayı ərzində qurum tərəfindən əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə ölkə üzrə təsdiq olunmuş plana uyğun olaraq 75 aptekdə, plandankənar isə 15 əczaxanada yoxlama aparılıb. Həm planlı, həm də plandankənar yoxlamalar Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların qeydiyyata alınmasına dair Vahid Məlumat Reyestrindən müvafiq çıxarışlara əsasən, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Yoxlamalar zamanı xüsusi razılıq sənədi (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 13 aptek aşkarlanıb və onların fəaliyyəti dayandırılıb. Onlardan 9-nun sahibinə qanunsuz fəaliyyəti könüllü dayandırmadıqları üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsinə əsasən cərimə protokolları tərtib edilib.
Həmçinin, keçirilən reydlər nəticəsində 90 aptekdən ümumilikdə 1380 qutu yararlılıq haqqında analiz protokolu olmayan dərman aşkarlanaraq müsadirə edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova