Azərbaycan əczaçıları Avrasiya Əczaçılıq Forumunda iştirak ediblər

Moskvada Avrasiya ölkələrinin Əczaçılıq Forumu keçirilib. Tədbirdə ölkəmizi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat və ekspertiza şöbəsinin müdiri Həmid Qurbanov və Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov təmsil ediblər. Forumda əczaçılıq sahəsinin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb, hər bir ölkənin nümayəndələri ilə dəyirmi masalar təşkil olunub. Azərbaycan təmsilçiləri ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat veriblər.

31-03-2022, 13:15

Apteklərdə monitorinq aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) mart ayı ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumat yayıb. AEM-dən bildirilib ki, bu müddətdə Bakı şəhəri üzrə 10, digər rayonlar üzrə 2 aptek olmaqla, cəmi 12 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib. Əczaçılıq müəssisələrinə baxış zamanı 9 adda, 26 qutu qeydiyyatsız və sertifikatsız dərman vasitəsi aşkarlanıb və müsadirə edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar

31-03-2022, 13:13

Elmi Şuranın yaradılması gənc alimləri stimullaşdıracaq

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzdində ictimai əsaslarda yaradılmış Elmi Şura Mərkəzin işçilərinin elmi-təşkilati və tədqiqat fəaliyyətinə rəhbərliyi həyata keçirəcək. Elmi Şuranın əsas məqsədləri Mərkəzin işçilərinin elmi tədqiqat işlərini ölkənin tibb və əczaçılıq sahəsinin mühüm problemlərinə, inkişaf dinamikasının yüksəldilməsinə doğru istiqamətləndirməkdir. Həmçinin Azərbaycanda və xarici ölkələrdə tibb və əczaçılıq sahəsində elmi tədqiqat işlərinin təşkili və

31-03-2022, 13:06

Günəş qədər parlaq Günəş övladları

Martın 21-i Ümumdünya Daun Sindromlu İnsanlar Günüdür. Gülərüzlü, yalnız müsbət xüsusiyyətləri özlərində cəmləşdirdiklərinə görə Daun sindromlu uşaqları Günəşin övladları adlandırırlar. Ümumdünya Daun Sindromlu İnsanlar Günü münasibətilə Səhiyyə Nazirliyinin Uşaq Psixonevroloji Mərkəzinin direktoru Kəmalə Talıbova müsahibə verib. - Daun sindromlu uşaqlar Günəş qədər işıqlı və dünyamıza Günəş qədər gərəklidirlər. Onlar insan təbiətinə xas olan bütün mənfi keyfiyyətlərdən və çatışmazlıqlardan

31-03-2022, 13:04

Yeni vasitə İİV-dən səmərəli müdafiəni təmin edir

Cənubi Afrika Respublikasında və Braziliyada insanın immunçatışmazlığı virusu (İİV) infeksiyasından uzunmüddətli müdafiəni təmin edən inyeksiya tipli yeni preparat tətbiq edilməyə başlanıb. BMT-nin saytı xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) himayəsi altında fəaliyyət göstərən UNITAID agentliyinin açıqlamasına görə, bu yeni preparat hər gün dərman qəbul etməyin alternativi ola bilər. "ViiV Healthcare" əczaçılıq şirkətinin yeni məhsulunun ABŞ-da tətbiq edilməsinə icazə

31-03-2022, 13:00

ÜST Hindistanda xalq təbabəti üzrə Qlobal Mərkəz yaradır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Hindistan hökuməti arasında ali səhiyyə qurumunun xalq təbabəti üzrə Qlobal Mərkəzinin yaradılması haqqında saziş imzalanıb. Hindistan hökumətinin 250 milyon ABŞ dolları məbləğində investisiya ayırdığı xalq təbabəti sahəsində bu qlobal bilik mərkəzi insanların və ümumilikdə planetin sağlamlığının yaxşılaşdırılması üçün müasir elm və texnologiya vasitəsilə bütün dünya naminə xalq təbabətinin potensialından istifadənin təmin olunmasına xidmət edəcək.

31-03-2022, 12:58

Ümumdünya Vərəmlə Mübarizə Günü

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloq Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim bu kəşfinə görə tibb sahəsində Nobel mükafatına layiq görülüb. Kox çöplərinin aşkar edilməsindən bir əsr sonra - 1982-ci ildə ÜST və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı bu kəşfin 100 illiyi münasibətilə Ümumdünya Vərəmlə Mübarizə Gününü təsis ediblər.

31-03-2022, 12:56

BMT-nin Baş katibi: Pandemiyanın öhdəsindən gələ bilməmək dünyamız üçün mənəvi ittihamdır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-un qlobal yayılmasını pandemiya kimi xarakterizə etməsindən iki il keçir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin bu münasibətlə verdiyi bəyanatında deyilir ki, pandemiyanın iki ili artıq geridə qalsa da, onun başa çatmasını hesab etmək böyük səhv olardı. Bəyanatda Antonio Guterres vaksinlərin paylanmasının "qalmaqallı dərəcədə qeyri-bərabər" olaraq qaldığını təkrarlayıb. O deyib: “Dünyada ayda 1,5 milyard

31-03-2022, 12:53

Təyyar Eyvazov: Əksər ölkələrdə immunomodulyatorlar istifadə edilmir

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov immun sistemi, onu gücləndirmək yolları, xəstəliklərin yaranmasında rolu, peyvəndlənmənin vacibliyi barədə sualları cavablandırıb. - Təyyar müəllim, bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən başlayaraq hər il martın 1-i Ümumdünya İmmunitet Günü kimi qeyd edilir. Ümumiyyətlə, immun sistemi, immunitet nədir? - İmmunitet və ya immun sistemi orqanizmi xaricdən gələn bütün yad amillərdən

31-03-2022, 12:46

Hər bir qidanı qədərində qəbul etmək məsləhətdir

Mart ayı Novruz bayramı, xoş əhval-ruhiyyə deməkdir. Bayram günlərində süfrələrimizi gözəl təamlar, dadlı yeməklər, cürbəcür şirniyyatlar bəzəyir. Ancaq bu, həm də çəki problemi, yağlı və şirin qidalar deməkdir. Novruzda doğru qidalanmaq mümkündürmü? Bayramda süfrəyə müxtəlif cür təamlar düzülsə də, bu o demək deyil ki, masanın üzərində olan bütün qida və şirniyyatlardan qəbul edilməlidir. Bu dönəmlərdə, xüsusilə şəkərli diabet xəstələri öz qidalanmalarına fikir verməlidirlər. Bu barədə

31-03-2022, 12:43




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova