Valyuta.com

Sertifikasiya imtahanlarında 5 mindən çox həkim uğur qazanıb

Səhiyyə Nazirliyi praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsini və professional yararlılığını yoxlamaq məqsədi ilə keçirdiyi sertifikasiya imtahanlarını davam etdirir. Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən verilən məlumata görə, 2015-ci ilin birinci yarımilliyi ərzində sertifikasiya imtahanlarında iştirak etmək üçün 6304 nəfərə buraxılış vərəqəsi verilib, onlardan 5372 nəfəri imtahanlardan uğurla keçib. İmtahanlarda iştirak edənlərin

30-07-2015, 12:12

Azərbaycanda hamilə qadınlara nəzarət üçün vahid elektron registr yaradılır

Ana və uşaqlara göstərilən tibbi xidmətlərin ardıcıllığını, hamilə qadınlara sistemli nəzarət aparılmasını təmin etmək məqsədi ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər planında Azərbaycanda hamilələrin vahid elektron registrinin yaradılması nəzərdə tutulub. Hazırda bu sahədə işlər görülür – “Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində “Hamilə Qadınların Elektron Reyestri” işlənib hazırlanır və

30-07-2015, 12:08

Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrində apardığı yoxlamaların nəticələri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin lisenziyalaşdırılması üzrə komissiyası tərəfindən 2015-ci ilin I yarısında özəl tibb müəssisələrində aparılan yoxlamaların nəticələri haqqında MƏLUMAT Özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi öz səylərini gücləndirməkdə davam edir. Bu məqsədlə cari ildə

30-07-2015, 12:05

“Azərbaycan BMT-nin Ebola ilə mübarizəsinə bir milyon dollar ayırıb”

Azərbaycan Eboladan əziyyət çəkən ölkələr üçün vəsait toplanması məsələlərinə dair BMT-nin iqamətgahında keçirilən Beynəlxalq konfransda həmin məqsədə bir milyon dollar vəsait ayrıldığını elan edib. Forum çərçivəsində BMT-nin üzvü olan dövlətlər Qvineya, Liberiya və Syerra-Leonenin bərpa olunmasına təqribən 5 milyard dollar ayıracaqlarını vəd ediblər. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev konfransdan dərhal sonra BMT Radiosuna müsahibə verib. AZƏRTAC-ın təqdim etdiyi həmin

30-07-2015, 11:50

Dərmanların qiyməti ilə bağlı geniş toplantı keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Səhiyyə Nazirliyində geniş toplantı keçirilib. Tibb müəssisələrinin və Nazirliyin struktur bölmələrinin rəhbərlərinin iştirak etdiyi iclasda səhiyyə naziri Oqtay Şirəliyev birinci yarımillikdə ölkənin sosial-iqtisadi

30-07-2015, 11:47

Səhiyyə naziri Gədəbəydə vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət qurumları rəhbərlərinin bölgələrdə səyyar qəbul günləri davam etdirilir. Xüsusi müəyyən edilmiş cədvələ müvafiq olaraq, səhiyyə naziri Oqtay Şirəliyev bu dəfə Gədəbəy rayonunda vətəndaşları qəbul edib. Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında keçirilən görüşdə bu rayonun sakinləri ilə yanaşı, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar da iştirak ediblər. Müraciətlərin əksəriyyəti

30-07-2015, 11:40

Pamela Venninq Səhiyyə Nazirliyinə təşəkkür məktubu ünvanlayıb

Ölkəmizin tarixində əlamətdar hadisə olan I Avropa Oyunları sona çatdı. Oyunların təşkilində Azərbaycan səhiyyəsinin də üzərinə müəyyən öhdəliklər və böyük məsuliyyət düşürdü. Təcili və təxirəsalınmaz tibbi xidmətdə, xüsusi seçilmiş səhiyyə müəssisələrində fəaliyyət müvafiq surətdə təkmilləşdirilmiş, tibbi personala Beynəlxalq Kardiologiya Assosiasiyasının tələblərinə uyğun BLS və ATLS proqramları üzrə təlimlər keçilmiş, sanitar-epidemioloji rifahın təminatı, intensiv xarici dil kurslarının

30-06-2015, 14:01

Azərbaycan donor ölkə kimi ÜST-nin layihələrində fəal iştirak edir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizə səfərə gələn Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Jujanna Yakab ilə görüşüb. Birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə ölkəmizi təbrik edən Jujanna Yakab Azərbaycanın son dövrlərdə uğurla inkişaf etdiyini, səhiyyə və sosial sahələrdə bir sıra uğurlar əldə olunduğunu deyib. O həmçinin Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində həyata keçirilən layihələrdə Azərbaycanın donor ölkə kimi fəal

30-06-2015, 13:56

“Azərbaycanda inaktivləşdirilmiş poliomielit vaksinlərinin tətbiqi”

Gəncə Şəhər Səhiyyə İdarəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və QAVİ – Qlobal Vaksin Alyansı Təşkilatının dəstəyi ilə “Azərbaycanda inaktivləşdirilmiş poliomielit vaksinlərinin tətbiqi” mövzusuna həsr olunmuş konfrans keçirilib. Tədbirdə Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov Azərbaycanda yüksək səviyyədə aparılan peyvəndləmə işləri sayəsində artıq bir çox xəstəliklərə rast gəlinmədiyini vurğulayıb, həkimlərin maariflənməsi baxımından belə konfransların əhəmiyyətini xüsusi

30-06-2015, 13:54

Mərkəzi Neftçilər Xəstəxanasının Hemodializ və Urologiya şöbələri açıldı

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) əsaslı təmir və yenidənqurmadan sonra 15 çarpayılıq Hemodializ və 20 çarpayılıq Urologiya şöbələri istifadəyə verilib. Səhiyyə naziri Oqtay Şirəliyev yeni şöbələrlə tanış olub. Hemodializ şöbəsində dializ avadanlıqlarının istehsalı üzrə dünya lideri olan “Fresenius Medikal Care AG” şirkətinin (Almaniya) 15 ədəd stasionar, 1 ədəd portativ kompyuterləşdirilmiş “süni böyrək” aparatları, Osmos yüksək sutəmizləyici qurğusu, dializ

30-06-2015, 13:52


]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova